ƏDV bəyannaməsində ən çox rast gəlinən beş səhv
03 sentyabr 2026
· 1 dəq
Bu səhvlər cərimə gətirir, amma hamısının qarşısı asanlıqla alınır.
Yeni müştəri qəbul edərkən əvvəlki dövrün bəyannamələrinə baxırıq. Eyni səhvlər təkrarlanır.
1. Elektron qaimə ilə bəyannamənin uyğunsuzluğu
Ən çox rast gəlinən hal. Qaimə verilib, amma bəyannaməyə düşməyib — və ya əksinə.
2. Əvəzləşdirilməyən ƏDV
Şirkət ödədiyi ƏDV-ni əvəzləşdirməyi unudur. Pul boşa gedir.
3. Vaxtı keçmiş sənədlər
Əvəzləşdirmə üçün sənədin verilmə tarixinə diqqət edilmir.
4. Qarışıq əməliyyatların düzgün bölünməməsi
ƏDV-yə cəlb olunan və olunmayan əməliyyatlar birlikdə hesablanır.
5. Bəyannamənin sonuncu gün verilməsi
Sistem yüklü olur, göndərilmə baş tutmur, cərimə yazılır.